“Səni nəfəs kimi yaxınımda hiss etmək,
Sənin gözlərində özümü görməyi istərəm,
Səni sevirəm, Səni sevirəm…”
Bu gözəl sözlər Manana Caparidzenin bu yaxınlarda dinləyiciyə təqdim etdiyi “Sən Yaşamaq Səbəbim” adlı yeni mahnısından götürülmüşdür.
Mahnı ifaçının və peşəkar komandanın iştirakı ilə gözəl səslərdən, melodiyalardan və dolğun mətndən ibarətdir.
Söz və musiqi Fərid Kərimliyə, aranjiman Elvin İmanova, Mix Master – ETA Production və Cavid Sirinov, həmçinin skripka partiyası – Korkmaz Kemanci, Istanbulstrings peşəkar skripkaçılara məxsusdur.
Albomun üz qabığı – Etibar Hüseynlinin yaradılışıdır.
Manana Caparidze: “Mənim əzizlərim, mən “Sən Yaşamaq Səbəbim” adlı yeni mahnımı sizə təqdim etməyimə çox şadam. Bu bəstəkar Fərid Kərimli ilə ilk birgə işimizdir. Ümid edirəm ki, bu gözəl və emosional kompozisiya bizim əziz dinləyicilərimiz qəlblərində öz layiqli yerini tutacaq.
Klipin çəkilişləri artıq gedir, ümidvaram ki, qısa bir zamanda sizi sevindirəcəm.
Mahnıda səsləndiyi kimi “Qoy hamının yaşamaq üçün səbəbi olsun ... Amin!”
Hörmətlə: sizin Manana”
Manananın Instagram-ına yüklənilmiş 20 dəqiqəlik seksiya “Sən Yaşamaq Səbəbim” qısa vaxtda 123 000 artıq baxış topladı, 43 000 çox insan isə onu Facebook-da eşitmişdilər.
Youtube tam versiyanı 27 000 çox baxışa malik olan rəsmi kanalda: bit.ly/senyasamaqsebebim, həmçinin rəsmi iTunes: bit.ly/mananamusic dinləyə bilərsiniz.